Dağ qazı
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.